SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlQobuda itlərin dişlədiyi uşaqla bağlı YENİ XƏBƏR: Bu gün... - FOTO
11 Mart 2024 07:02 | Baxış sayı: 486
Qobuda itlərin dişlədiyi doqquz yaşlı uşaq bu gün reanimasiyadan palataya köçürülüb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
Onun sözlərinə görə, pasiyentin vəziyyətində müsbət dinamika müşahidə olunur: "Hazırda müalicəsi palata şəraitində davam etdirilir".
Qeyd edək ki, hadisə martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında baş verib. Uşaqda çoxsaylı yaralar müşahidə edilib və dərhal cərrahi müdaxilə edilib.