SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlQızlara nalayiq suallar verən azərbaycanlı fenomen TUTULDU
19 İyun 2024 10:15 | Baxış sayı: 465
Türkiyənin İstanbul şəhərində "Instagram” sosial media platformasında çəkdirdiyi videolarda gənc qızlara mikrofon uzadıb nalayiq suallar verən "Cekaxs” ləqəbli şəxs saxlanılıb.
AJMEDİA.İNFO xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən "ədəbsiz nəşrlərin dərcinə vasitəçilik etmək” ittihamı ilə başlanan istintaq çərçivəsində saxlanılan Azərbaycan əsilli Cavid Ələkbərov "etdiyinin cinayət olduğunu bilmədiyini” iddia edib.
Ələkbərov qeyd olunan cinayətə görə, saxlanılaraq həbsxanaya göndərilib. Hakim qərarında şübhəlinin yaydığı bütün nəşrlərin ədəbsiz məzmun daşıdığını və cəmiyyətin mənəvi dəyərlərinə sarsıdıcı təsir etdiyini qiymətləndirib.