20 Aprel 2025
Qırmızı Xaç Komitəsi qadın əsirin nəşini İsrail tərəfinə təhvil verib

Qırmızı Xaç Komitəsi qadın əsirin nəşini İsrail tərəfinə təhvil verib

Qırmızı Xaç Komitəsi qadın əsirin nəşini İsrail tərəfinə təhvil verib

22 Fevral 2025 13:54 | Baxış sayı: 604

Beynəlxalq Qırmızı Xaç Komitəsi HƏMAS döyüşçüləri tərəfindən əsir götürülmüş Şiri Bibasa məxsus olduğu iddia edilən nəşi İsrail tərəfinə təhvil verib.

AJMEDIA.INFO xəbər verir ki, bu haqda “Times of İsrael” məlumat yayıb.

HƏMAS nəşin, həqiqətən, Şiri Bibasa məxsus olduğunu təsdiqləyib. Qalıqlar şəxsiyyətin müəyyən edilməsi məqsədilə Təl-Əviv məhkəmə tibbi-ekspertiza mərkəzinə göndərilib.

Qeyd edək ki, Şiri Bibasın nəşi ilə bağlı qalmaqal az qala tərəflər arasında razılaşmanın pozulması həddinə çatmışdı. HƏMAS bundan bir neçə gün əvvəl Qırmızı Xaç Komitəsinə 4 əsirin nəşini təqdim etmişdi. Lakin onları təhvil alan İsrail tərəfi nəşlər arasında Şiri Bibasa aid qalıqların olmadığını bildirmiş və bunu Qəzzada atəşkəslə bağlı razılaşdırılmış sazişin şərtlərinin kobudcasına pozulması kimi dəyərləndirmişdi.