Qırğızıstanda boşanmış qadınlara “Ərim içirdi, gəzirdi” demək yasaqlanacaq
28 Fevral 2024 10:23 | Baxış sayı: 522
Qırğızıstanda boşanmış qadınların sosial şəbəkələrdə əri və onun valideynləri haqqında pis fikir bildirməsinə qadağa qoyulması təklif edilib.
24.kg xəbər verir ki, Nazirlər Kabinetinin sədri Akılbek Japarov müavini Edil Baysalova sosial şəbəkələrdə çıxan yazıların monitorinqinə başlamağı tapşırıb.
“Biz adət-ənənələrimizə zidd olan məlumatların yayılmasını məhdudlaşdırmalıyıq. Bəzi qadınlar öz atalarını tərifləyirlər, eyni zamanda qayınanalarını, qayınatalarını ləkələyirlər. Boşananda isə sosial şəbəkələrdə pis fikirlər yazırlar. Onlar nümunə deyillər”, - deyə Nazirlər Kabinetinin sədri bildirib.
Qeyd edək ki, Qırğızıstan Respublikasının Daxili İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ilin sonuna məişət zorakılığı qurbanlarının sayı 13 min 104 nəfər olub. Onların 95 faizini qadınlar təşkil edir. Musavat.com