20 Aprel 2025
QİM və Magen David International Center for Women birgə təşəbbüsü ilə “Qadın Bizneslərinin İnkişafı Proqramı- I” layihəsi həyata keçirilməyə başladı - FOTO

QİM və Magen David International Center for Women birgə təşəbbüsü ilə “Qadın Bizneslərinin İnkişafı Proqramı- I” layihəsi həyata keçirilməyə başladı - FOTO

QİM və Magen David International Center for Women birgə təşəbbüsü ilə “Qadın Bizneslərinin İnkişafı Proqramı- I” layihəsi həyata keçirilməyə başladı - FOTO

11 Dekabr 2023 18:07 | Baxış sayı: 732

QİM və Magen David International Center for Women birgə təşəbbüsü ilə “Qadın Bizneslərinin İnkişafı Proqramı- I” layihəsi həyata keçirilməyə başladı.

Layihə çərçivəsində biznesə başlamaq və biznesini inkişaf etdirmək istəyən qadınlar üçün "Strategiya və biznes plan nədir?
Biznesin inkişafı üçün- Marka adı, məqsəd və vizyona baxış, Biznesdə hüquq sistemi və kouçluq.”və digər mövzuları əhatə edən təlim təşkil olundu.

AJMEDİA.İNFO xəbər verir ki, təlimdə Milli Məclisin deputatı, Azərbaycan Autizm Assosiasiyasının prezidenti Jalə Əhmədova qonaq qismində iştirak edərək, çıxış etdi və çıxışında belə təlimlərin həyata keçirilməsinin vacibliyini vurğuladı.

“Magen David İnternational Center” (for Woman) direktoru, QİM təsisçisi Aygün Əhmədova, “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin İdarə Heyətinin sədri, “Aygun Agamali”brendini təsisçisi Aygün Ağamalı, QİM idarə heyətinin üzvləri digər qonaqlar və 35 nəfər qadın iştirakçı iştirak edirdi.
Təlimin təlumçiləri beynəlxalq dərəcəli biznes plan təlimçisi Aygün Əhmədova və hüquq mütəxəssisi Nəzakət Mahmudova idi.
Layihə çərçivəsində təşkil olunacaq silsilə təlimlər qadın sahibkarlar ( fiziki və hüquqi şəxslər) şirkət idarəçiləri, direktorlar və digər rəhbər vəzifələrdə çalışan qadınlar, biznesə başlamaq istəyən gənc qadınlar üçün nəzərdə tutulub.

Təlimlərdə təlim rəhbərləri və dəvət olunmuş digər uğurlu qadın sahibkarlar, iş xanımları, mentor və ekspertlər iştirakçılara biznes strategiyalarını uğurla həyata keçirmək və bizneslərini inkişaf etdirmək üçün effektiv və lazımi yeni bilik, bacarıq və alətlərlə təmin edəcəklər.

Təlimin sonunda iştirakçılara sertifikat və “Bella” və “ Siberian Wellness” şirkətlərinin hədiyyələri təqdim olundu.