SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəl“Qəzzanın cənubundakı taktiki fasilə döyüşlərin tam dayandırılması demək deyil”
18 İyun 2024 05:55 | Baxış sayı: 525
“Qəzza zolağının cənubunda taktiki fasilənin tətbiqi humanitar vəziyyətin yaxşılaşdırılmasına yönəlib və bu ərazidə, o cümlədən Rəfah şəhərində hərbi əməliyyatların tam dayandırılması demək deyil”.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
“Ordu açıq şəkildə bildirir ki, Qəzza zolağının cənubunda hərbi əməliyyatlar dayandırılmayıb və Rəfahda döyüşlər davam edir. Qəzza zolağına malların idxalı qaydasında da heç bir dəyişiklik yoxdur. Yükdaşıma oxu beynəlxalq təşkilatlarla razılaşdırılaraq gün ərzində yalnız humanitar yardımların daşınması üçün açıq olacaq”, - məlumatda deyilir.
Qeyd edək ki, bundan əvvəl ordunun mətbuat xidməti humanitar məqsədlər üçün anklavın cənub hissəsində saat 08:00-dan 19:00-dək döyüş əməliyyatlarında lokal taktiki pauzanın tətbiq edildiyini açıqlayıb.