SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəl"Qəzzalılara görə Fələstin cavabdehlik daşıyacaq" - İsrailin Qəzza ilə bağlı PLANI
05 Yanvar 2024 10:20 | Baxış sayı: 582
İsrailin müdafiə naziri Yoav Qallant İsrail və HƏMAS arasında müharibə bitdikdən sonra Qəzzanın gələcək idarəçiliyi ilə bağlı təkliflərini açıqlayıb.
AJMEDİA.İNFO xəbər verir ki, nazirin sözlərinə görə, ərazidə məhdud Fələstin hakimiyyəti olacaq.
O qeyd edib ki, HƏMAS artıq Qəzzaya nəzarət etməyəcək. Qallantın indiki “dörd künc” planına əsasən, İsrail Qəzzaya ümumi təhlükəsizlik nəzarətini saxlayacaq.
Sənəddə əlavə olunub ki, fələstinlilər ərazinin idarə olunmasına cavabdeh olacaqlar:
“Qəzza sakinləri fələstinlidirlər. Buna görə də İsrail dövlətinə qarşı düşmənçilik və ya təhdidlər olmaması üçün Qəzza sakinlərinə Fələstin orqanları cavabdehlik daşıyacaq".(Sfera.az)