SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlQəzzadakı məzarlıqlarda boş yer qalmayıb
22 Avqust 2024 08:09 | Baxış sayı: 366
Qəzzada məzarlıqlarda boş yer qalmayıb.
AJMEDİA.İNFO bildirir ki, bununla bağlı Qəzzadakı məzarlıqlardan birində çalışan Saad Hasan Bereket "İndependent"də danışıb. O deyib ki, döyüşlər başlayandan bu yana hər gün, 80, 100, hətta bəzən 300 cənazə dəfn edirlər:
"Məzar açmaq üçün yer qalmayıb. Məzar üstündə məzar düzəldirik, bəzi məzarlar 3 qatlıdır. Qəzzanın orta hissəsində 3 qəbristan var, onlar da ağzına qədər doludur".
O bildirib ki, son gələn 8 cənazə üçün məzar açmağa çalışıblar, lakin qazıdıqları yerdən köhnə cəsədlər çıxıb.