SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlQəzzada yaşananlar Avropada da təkrarlanacaq – İsrail XİN rəhbəri
31 Yanvar 2024 05:16 | Baxış sayı: 625
“HƏMAS-ın İsrailə qarşı atdığı addımlar bütün Qərbə yönəlib”.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzetinə müsahibəsində İsrailin xarici işlər naziri İsrael Katz deyib.
O bildirib ki, islamçılara hansısa güzəştin olunması qəbuledilməzdir:
“Fələstinin HƏMAS hərəkatının İsrailə qarşı addımları bütün Qərb dünyasına yönələn müharibə deməkdir. İsrailin Qəzza zolağında apardığı mübarizə bölgəni terrorçuların yaydığı radikal ideologiyadan qoruya bilməyib. Təəssüf ki, bəzi Avropa ölkələrində də oxşar hadisələri görürük. Yəni insanlar əvvəlcə Avropa ölkələrinə qaçqın kimi gəlirlər. Lakin dövlətə müsbət töhfə vermək əvəzinə, tədricən radikal ideologiya qururlar”, – deyə Katz vurğulayıb.
İsrailli nazir əlavə edib ki, Avropa gözlərini açıb baş verənlərlə necə rəftar etməli olduğunu öyrənməsə, o zaman İsrail və Qəzza zolağında yaşananlar digər Qərb ölkələrində də təkrarlanacaq. Globalinfo.az