SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlQəzzada öldürülən İsrail əsgərlərinin sayı 46-ya çatıb
14 Noyabr 2023 07:37 | Baxış sayı: 616
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında quru əməliyyatı zamanı həlak olan İsrail əsgərlərinin sayının 46-ya çatdığını bildirib.
AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, İsrail ordusunun radikal Fələstinin HƏMAS qruplaşmasına qarşı davam edən əməliyyatı zamanı Qəzza zolağının şimalında gedən döyüşlərdə daha iki əsgər (21 yaşlı çavuş və 27 yaşlı sıravi əsgər) həlak olub.
Qeyd edək ki, İsrail ordusunun quru hücumunun başlamasından bəri ölən hərbçilərin sayı 46-ya çatıb.