Qəzza zolağının şimalında İsrailin 12 hərbçisi ölüb
01 Noyabr 2023 11:41 | Baxış sayı: 474
Qəzza zolağının şimal hissəsində ötən sutkada baş verən döyüşlər nəticəsində İsrail Müdafiə Ordusunun 12 hərbçisi ölüb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Bildirilib ki, ölənlərdən ikisi leytenant, 7-si serjant, 3 kapitandır.
Qeyd olunub ki, bunlardan 9-u tank əleyhinə raketin düşməsi nəticəsində ölüb.(report)