Qəzza zolağından olan radikallar İsrail ərazisinə 469 raket atıblar
10 May 2023 20:15 | Baxış sayı: 595
Qəzza zolağından olan radikallar çərşənbə günü İsrail ərazisinə 469 raket atıblar.
Bu barədə İsrailin "Kan" radiostansiyası məlumat yayıb.
Məlumata əsasən, raketlərdən 53-ü İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Eyni zamanda, qeyd edilir ki, İsrail ordusu Qəzza zolağında "İslam cihadı" qruplaşmasının 133 hədəfini vurub.