İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlQəzza zolağından İsrail istiqamətində 9 raket buraxılıb
05 Aprel 2023 17:28 | Baxış sayı: 501
Qəzza zolağından İsrail istiqamətində 9 raket buraxılıb.
Bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
"Bu gün axşam Qəzza zolağından İsrailə 9 raket atılıb. Onlardan dördü "Dəmir Günbəz" tərəfindən dəf edilib. İkinci həyəcan siqnalından sonra Qəzza zolağından daha dörd raket atılıb və açıq ərazilərə düşüb", - deyə qeyd olunub.
"KAN" telekanalı onu da bildirib ki, dəf edilməyən bir raket Sderot şəhərinin sənaye zonasında yerləşən fabrikə düşüb.