20 Aprel 2025
Qətər yaxın illərdə İraq iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyacaq

Qətər yaxın illərdə İraq iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyacaq

Qətər yaxın illərdə İraq iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyacaq

16 İyun 2023 00:04 | Baxış sayı: 633

Qətər yaxın illərdə İraq iqtisadiyyatına 5 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Bu barədə Qətər xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Bağdadda İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə danışıqlar zamanı bir neçə il ərzində İraq iqtisadiyyatının müxtəlif sahələrinə 5 milyard dollar sərmayə yatırmaq niyyətində olduğunu bildirib. Agentliyin məlumatına görə, danışıqlarda iqtisadiyyat, ticarət, investisiya, enerji və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Bundan əlavə, Qətərin Estithmar investisiya holdinqi İraqın Milli İnvestisiya İdarəsi ilə 7 milyard dollarlıq bir sıra müqavilələr imzalayıb.

Agentlikdən verilən məlumata görə, sazişlər respublikada sosial infrastrukturun bərpası, daşınmaz əmlak və turizm bazarının inkişafı, İraq tibb müəssisələrinin Qətər səhiyyə sisteminə inteqrasiyası barədə olub.

Həmçinin qeyd edilib ki, iki ölkə liderləri Qətərdən İraqa təbii qaz tədarükü, ortaq neft şirkəti qurmaq və neft emalı zavodu tikmək barədə razılığa gəliblər.