SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlQətər XİN: İsrail atəşkəsə razıdır, HƏMAS da müsbət yanaşır
01 Fevral 2024 23:15 | Baxış sayı: 757
İsrail rəhbərliyi Qəzza zolağında atəşkəs şərtləri ilə razılaşdığını bildirib.
“Report” “Al Jazeera”ya istinadən xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
Qətər həmçinin Fələstinin HƏMAS hərəkatından razılaşmanın şərtlərinin ilkin müsbət təsdiqini alıb.
Xatırladaq ki, yanvarın 28-də Qətər, ABŞ və Misirin İsraillə Fələstinin HƏMAS hərəkatı arasında müvəqqəti atəşkəsə dair razılaşmanın hazırlanmasını bitirdikləri məlum olub. Razılaşma iki mərhələdən ibarətdir və Qəzza zolağında iki ay müddətində atəş dayandırılacaq.