SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlQərb Gürcüstan hökumətini boğur: “Fitch” Gürcüstanın kredit reytinqi üzrə proqnozunu “neqativ”ə endirdi
07 Dekabr 2024 15:13 | Baxış sayı: 314
Beynəlxalq reytinq agentliyi “Fitch”,Gürcüstanın kredit reytinqini “BB” səviyyəsində saxlayaraq ölkənin maliyyə sabitliyini təsdiqləsə də, gələcək proqnozunu “stabil”dən “neqativ”ə dəyişib.
AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, bu qərarın əsas səbəbi kimi ölkədəki artan siyasi və sosial gərginlik göstərilir.
“Fitch”in hesabatında qeyd olunur ki, oktyabrda keçirilmiş parlament seçkilərindən sonra Gürcüstanda siyasi qütbləşmə əhəmiyyətli dərəcədə dərinləşib. Davam edən siyasi böhran, xarici investorların etimadını azalda, likvidlik vəziyyətini çətinləşdirə və milli valyutanın məzənnəsinə mənfi təsir göstərə bilər.
Avropa İttifaqına üzvlük məsələsinin təxirə salınması
Agentlik Gürcüstan hökumətinin 2028-ci ilə qədər Avropa İttifaqına üzvlük üzrə danışıqların başlanmasını gündəlikdən çıxarmaq qərarını da ölkə üçün ciddi risk amili kimi qiymətləndirib.
Bu addım xarici investorların marağını azalda və maliyyə axınlarının azalmasına səbəb ola bilər. Gürcüstanın Aİ ilə bağlı bu qərarı, ölkənin Avropaya inteqrasiyası istiqamətində suallar doğurur və beynəlxalq arenada ölkənin nüfuzuna mənfi təsir göstərə bilər.
Milli Bankın ehtiyatlarının azalması
“Fitch” həmçinin Gürcüstan Milli Bankının beynəlxalq rezervlərinin kəskin azaldığını vurğulayır. Rezervlərin səviyyəsi artıq 2021-ci ilin birinci rübündəki göstəricilərə qədər enib, bu isə iqtisadi sabitlik üçün ciddi təhlükə yaradır.
Görünən budur ki, Qərb paytaxtları Gürcüstanı tabe etdirmək və hökumətini gözdən salaraq devirmək üçün onu iqtisadi sanksiyalarla da boğmağa başlayıb. Onu da bildirək ki, Gürcüstanda hazırda baş verən aksiyalarda birbaşa Qərbin əlinin olduğu bildirilir və bütün bu qarışıqlığın, əslində, Qərb dairələrinin siyasi məqsədi olduğu qeyd olunur.