SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlQazın sızdığı yeri tapmaq üçün kibrit yandırdı... ŞƏKİDƏ HADİSƏ
16 Yanvar 2024 06:51 | Baxış sayı: 521
Şəkidə qaz sızması nəticəsində partlayış baş verib, ev sahibi yanıq xəsarəti alıb.
AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Vərəzət kəndində baş verib. Kənd sakini, 55 yaşlı Arif Feyziyev yaşadığı evin mətbəxtində qaz iyi hiss edib. O, qazın sızdığı yeri tapmaq üçün kibrit yandırıb. Bu zaman alovla müşayiət olunan partlayış baş verib.
Hadisə nəticəsində A. Feyziyev hər iki əlindən termiki yanıq xəsarəti alıb. Ona Şəki Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərilib. Hazırda müalicə xəstəxananın təcili yardım yöbəsində davam edir.
Faktla bağlı araşdırma aparılır.