SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlQazilərin müavinəti artaraq BU QƏDƏR OLACAQ - Tarix AÇIQLANDI
01 Oktyabr 2024 13:05 | Baxış sayı: 356
Ölkə başçısı parlamentin ilk iclasında gələn il pensiya və minimum əməkhaqlarının artırılacağını bəyan etdi. Bu, olduqca mühüm qərardır. Dövlət büdcəsi ilə bağlı məsələlər müzakirə edilən zaman minimum əməkhaqqı da diqqətdə olur. Çünki minimum əməkhaqqının artırılması müəyyən sahələrə müsbət təsir göstərir.
AJMEDİA.İNFO xəbər verir ki, bunu teleqraf.com-a iqtisadçı alim Vahid Əhmədov deyib.
O qeyd edib ki, hazırda ölkədə minimum əməkhaqqı 345 manatdır:
“Gələn ildən isə bu sahədə hansı səviyyədə artımın olacağını dəqiq söyləmək çətindir. Bu, Maliyyə Nazirliyinin hesablamalarından asılı olan məsələdir. Ona görə də, dövlət büdcəsi müzakirəyə çıxarılan zaman bu məsələyə mütləq baxılmalıdır”.
İqtisadçı hesab edir ki, digər sosial məsələlərin də həlli vacibdir:
“Şəhid ailələri və qazilərin sosial durumuna diqqət yetirilməlidir. Yeni formalaşmış Milli Məclisin deputatlarının bununla bağlı təklifləri var. Hesablamalar aparıldıqdan, dövlət büdcəsinin gəlir və xərcləri müəyyən edildikdən sonra artımın nə qədər olacağı dəqiq bilinəcək”.
Vahid Əhmədova görə, qazilərə verilən 80 manatın artırılması əsas məsələlərdən biridir:
“Burada say kifayət qədər çoxdur. Bu sözsüz ki, böyük vəsait tələb edir. Heç olmasa, 80 manatı bir qədər artırıb 150 manat səviyyəsində saxlamaq lazımdır. Gözləntilər odur ki, büdcə layihəsi çərçivəsində bu məsələ də müzakirə ediləcək”.