İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlQazaxıstanda 9 may - Qələbə Günü qeyd olunmayacaq
24 Aprel 2023 08:00 | Baxış sayı: 605
Qazaxıstanda 7 may Vətənin Müdafiəçisi Günü və 9 May - Qələbə Günü qeyd olunmayacaq.
Bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, buna səbəb büdcəyə qənaət və digər tapşırıqların həllinin zəruri olmasıdır.
Xatırladaq ki, 9 may SSRİ-nin (1941-1945) faşizm üzərində qələbəsi günü kimi qeyd olunur. Qələbə Günü əksər postsovet ölkələrində qeyd edilir.