20 Aprel 2025
Qazaxıstan Aİ ilə ticarətin şaxələndirilməsində maraqlıdır

Qazaxıstan Aİ ilə ticarətin şaxələndirilməsində maraqlıdır

Qazaxıstan Aİ ilə ticarətin şaxələndirilməsində maraqlıdır

03 İyun 2023 10:30 | Baxış sayı: 587

Qazaxıstan Avropa İttifaqı (Aİ) ilə investisiya tərəfdaşlığını dərinləşdirmək və ticarəti şaxələndirmək niyyətindədir.

Bunu Qazaxıstanın Baş naziri Əlixan Smailov Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviçlə görüşündə deyib.

Ə.Smailovun sözlərinə görə, Qazaxıstan Aİ ilə investisiya tərəfdaşlığının daha da dərinləşdirilməsində və qarşılıqlı ticarətin şaxələndirilməsində maraqlıdır: "Eyni zamanda, kritik xammal sahəsində qarşılıqlı fəaliyyət son illərdə getdikcə daha çox əhəmiyyət kəsb edir".