SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlQazaxın dörd kəndinin azad edilməsi Prezidentə MƏRUZƏ EDİLDİ - VİDEO
24 May 2024 11:51 | Baxış sayı: 583
Azərbaycanın Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində sərhədlərimizin mühafizəyə götürülməsi haqda xəbər Prezident İlham Əliyevə məruzə edilib.
AJMEDİA.İNFO xəbər verir ki, məruzəni general-mayor Vüsal Sultanov edib.
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan, məruzə edirəm ki, əmrinizə uyğun olaraq, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazisində, tarixi torpaqlarımızda, müqəddəs sərhədlərimiz mühafizəyə götürülmüşdür.
Hazırda burada şanlı üçrəngli bayrağımız dalğalanmaqdadır”, - məruzədə deyilir.