20 Aprel 2025
Qaz partlayışından 11 nəfər yaralanıb

Qaz partlayışından 11 nəfər yaralanıb

Qaz partlayışından 11 nəfər yaralanıb

17 Aprel 2023 07:53 | Baxış sayı: 631

Qazaxıstanın Janaozen şəhərində iki mərtəbəli yaşayış binasında qaz partlayışı binanın girişinin uçmasına səbəb olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, 11 nəfər xəsarət alıb.

Bildirilib ki, qaz partlayışı yanğınla müşayiət olunmayıb.

Hazırda fövqəladə vəziyyətin səbəbləri və şəraiti araşdırılır. Hadisə yerində 50-dən çox xilasedici və kinoloji ekipaj, Manqistau vilayətinin Fövqəladə Hallar Departamentinin 10 texnikası və həkimlər işləyir.