SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlQaz limiti artırılır? - Tarif Şurasından AÇIQLAMA
16 Oktyabr 2024 11:36 | Baxış sayı: 308
"Dağlıq rayonlarda qazın limiti məsələsinə yenidən baxılmalıdır".
AJMEDİA.İNFO xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.
O bildirib ki, dağlıq rayonlarda qazdan istifadə daha çoxdur. Burada yaşayan sakinlər digər regionlardan daha çox yanacaq yandırmağa məcburdurlar.
Azər Badamov hesab edir ki, qaz limitinin indiki formada tətbiq edilməsi xüsusən dağlıq rayonlarda yaşayan insanların maddi vəziyyətinə daha çox təsir edir. Ona görə də həmin rayonlarda qazın limiti məsələsinə yenidən baxılması zəruridir.
Tarif Şurasından bildirilib ki, sözügedən məsələ ilə bağlı quruma heç bir müraciət daxil olmayıb.
Dağlı daha ətraflı "Xəzər Xəbər"in videosunda: