SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlQardaşı ilə birgə dəm qazından boğulan Əli 3 ay əvvəl EVLƏNİBMİŞ - TƏFƏRRÜAT
26 Yanvar 2024 09:58 | Baxış sayı: 604
ADA Universitetinin tələbəsi, 2002-ci il təvəllüdlü Sərxan Asif oğlu Həsənovun ötən gecə yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölməsi, hadisə ilə bağlı digər təfərrüatı da ortaya çıxarıb. Sərxanın özündən böyük qardaşı, 2001-ci il təvəllüdlü Əli Həsənov da onunla birgə mənzildə dəm qazından boğularaq ölüb.
AJMEDİA.İNFO Modern.az-a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Əli Həsənov təxminən 3 ay öncə evlənibmiş.
Sərxan Həsənov isə ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü idi. O, 2020-ci ildə qəbul imtahanlarında 692,5 bal toplayaraq III qrup üzrə ölkə birincisi olmuşdu.
S.Həsənov Sumqayıt şəhərindəki Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbi qızıl medalla bitirmişdi.
Hazırda iki qardaşın öldüyü hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.