SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlQaraciyər sirrozu (Hepatit C) xəstəsi olan qadının həyatı təhlükədə - Köməyə ehtiyacı var
21 İyun 2023 05:27 | Baxış sayı: 770
43 yaşlı Nuridə Nağıyeva 22 ildir qaraciyər sirrozu (Hepatit C) xəstəliyindən əziyyət çəkir. Eyni zamanda Nağıyeva uşaq yaşlarından Beta Talassemiya xəstəsidir. Nuridə xanım illərlə sirrozdan müalicə alsa da, bu xəstəlikdən qurtula bilməyib. Əksinə daha da ağırlaşıb.
Təxminən mart aylarında xanım Ağayeva Yeni Klinikada müayinə olunub. Ona donor axtarılıb. Böyük oğlu Murad analizlər verərək anasının donoru olub. Lakin qaraciyərin köçürülməsinə maddi imkanları çatmadığı üçün əməliyyat etdirə bilməyiblər. Deyilənə görə, xanımın əməliyyatına 70 min manat pul lazımdır. Nuridə Ağayeva Azərbaycan xalqına müraciət edərək onlardan imdad istəyir. Onun əməliyyatı üçün lazım olan vəsaitin toplanmasında hər kəsdən maddi yardımın edilməsini xahiş edib.