SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəl"Qarabağ"a milyonluq təklif - Üçüncü dəfə gəldilər
12 Yanvar 2024 14:47 | Baxış sayı: 542
Çinin "Şanxay Şenxua" klubu "Qarabağ"ın futbolçusu Leandro Andrade üçün üçüncü dəfə rəsmi müraciət edəcək.
AJMEDİA.İNFO xəbər verir ki, Superliqa təmsilçisinin sonuncu təklifi 2 milyon avro ola bilər.
Çin təmsilçisi daha əvvəl iki dəfə müraciət etsə də, rədd cavabı alıb. Klub Kabo Verdedən olan 24 yaşlı yarımmüdafiəçini nəyin bahasına olur-olsun, transfer etmək istəyir.
"Qarabağ"ın baş meneceri Asif Əsgərov "Report"a açıqlamasında məsələyə münasibət bildirib: "Belə təkliflər çoxdur. Bunların olması da normaldır. Yaxşı futbolçu qazanmaq istəyirlər".
Klub rəsmisi "yaxşı təklif müqabilində Andradenin satılma ehtimalı varmı" sualını da cavablandırıb: "Bizdən asılı olan və olmayan durumlar var".
Qeyd edək ki, Portuqaliyanın "Record" nəşri 24 yaşlı yarımmüdafiəçinin transferi üçün Çin klubunun "Qarabağ"la danışıqlar apardığını yazıb.