SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəl“Qarabağ” Zubirlə bağlı qərarını verdi
04 Dekabr 2023 12:50 | Baxış sayı: 543
“Qarabağ” klubu təcrübəli vingeri Abdullah Zubirin mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmağa qərar verib.
AJMEDİA.İNFO xəbər verir ki, Pressing.az-ın əldə etdiyi məlumata əsasən, mərakeşəsilli fransalı futbolçuya bu barədə məlumat verilib. Başqa klublardan təklifləri olan 32 yaşlı vingerin ilk seçimi Ağdam təmsilçisində qalmaq olacaq. Bu səbəbdən tərəflər arasında danışıqlar uğurlu alınacaq.
“Qarabağ” Zubirə ikiillik sözləşmə təklif edib və yaxın həftələrdə anlaşmanın rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, fransalı 2018-ci ildən “köhlən atlar”ın uğurları üçün çalışır.