SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəl“Qarabağ” rekordunu təkrarladı
24 Fevral 2025 19:18 | Baxış sayı: 694
“Qarabağ” Misli Premyer Liqasının 2024/25 mövsümündə 60-cı qolu vurub.
AJMEDİA.İNFO xəbər verir ki, Qurban Qurbanovun komandası buna 24-cü turun “Sabah”la görüşündə (1:1) nail olub. 60-cı topa Abdullah Zubir imza atıb.
Bununla da “Qarabağ” tarixinin rekordunu təkrarlayıb. Ağdam klubu 2003/04, 2021/22 və 2023/24 mövsümlərində də “60”a 24-cü oyununda çatıb. Ötən mövsümdə bu rəqəm hətta 61-ə yüksəlib.
Azərbaycan çempionatları tarixinin rekordu isə “Kəpəz”ə məxsusdur. Gəncə klubu 1995/96 mövsümündə 60-cı qolunu 17-ci matçda vurub.