20 Aprel 2025
“Qarabağ” bu gün “Malmö” ilə QARŞILAŞACAQ - Matç SAATI

“Qarabağ” bu gün “Malmö” ilə QARŞILAŞACAQ - Matç SAATI

“Qarabağ” bu gün “Malmö” ilə QARŞILAŞACAQ - Matç SAATI

03 Oktyabr 2024 10:35 | Baxış sayı: 422

Bu gün "Qarabağ" futbol klubu UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda İsveç təmsilçisi "Malmö" ilə qarşılaşacaq.

AJMEDİA.İNFO xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq. Oyunu Yunanıstandan olan hakim Anastasios Papapetru və onun hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının I turunda səfərdə "Tottenhem"ə 0:3 hesabı ilə məğlub olmuşdu. "Köhlən atlar" növbəti matçını isə oktyabrın 24-də Bakıda Niderlandın "Ayaks" komandası ilə keçirəcək.