SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəl"Qarabağ" 1/8 finalda kimlə qarşılaşacaq? - POTENSİAL RƏQİBLƏR
23 Fevral 2024 07:04 | Baxış sayı: 749
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
AJMEDİA.İNFO xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində gerçəkləşəcək mərasimdə "Qarabağ"ın da rəqibi bəlli olacaq.
Qurban Qurbanovun başçılıq etdiyi kollektiv bu turnirdəki qrup birincilərindən biri ilə qarşılaşacaq.
Mümkün rəqiblər “Vest Hem”, “Brayton”, “Liverpul” (hamısı İngiltərə), “Reyncers” (Şotlandiya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Slaviya” (Çexiya) və “Bayer 04”dür (Almaniya).
Rəqibin kimliyindən asılı olmayaraq, “Qarabağ” ilk oyunu evdə keçirəcək.