SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlQara Qarayevlə "Qarabağ" azarkeşləri arasında GƏRGİNLİK - "Şərəfi varsa, məni yığsın!" - VİDEO
03 Aprel 2024 12:03 | Baxış sayı: 520
Ötən gün baş tutan "Neftçi” - “Qarabağ” qarşılaşmasında “İmarət” fan klubu ilə Qara Qarayev arasında gərginlik yaşanıb.
AJMEDİA.İNFO-nun məlumatına görə, azarkeşlər keçmiş "Qarabağlı"nı təhqir ediblər.
Q.Qarayev də azarkeşlərin təhqiredici şüarlarına cavab verib. Tribunalara yaxınlaşan futbolçu “Əgər məni söyən adamın şərəfi varsa, məni yığsın” deyib.
Qeyd edək ki, Azərbaycan Kubokunun yarımfinalında keçirilən “Neftçi” – “Qarabağ” qarşılaşması Ağdam təmsilçisinin 0:4 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab qarşılaşması aprelin 24-də keçiriləcək. Qalib komanda "Qəbələ" - "Zirə" cütündəki üstün tərəflə üz-üzə gələcək.