Qar uçqunu nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb
10 Aprel 2023 17:15 | Baxış sayı: 444
Alp dağlarında baş vermiş qar uçqunu nəticəsində azı 6 nəfər ölüb.
Bu barədə Fransanın BFM telekanalı məlumat yayıb.
Bildirilir ki, xilasedicilər 39 yaşlı xizəkçinin və daha bir nəfərin cəsədini aşkar ediblər.
Axtarış-xilasetmə əməliyyatına iki helikopter, həmçinin çox sayda xilasedici və texnika cəlb olunub.