İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlQallant Ostinlə İran təhdidini müzakirə etdi
10 Fevral 2024 06:12 | Baxış sayı: 609
İsrail müdafiə naziri Yoav Qallantla Pentaqon rəhbəri Lloyd Ostin arasında telefon danışığı baş tutub.
AJMEDİA.İNFO xəəbr veri ki, bu barədə "Tudey in İsrail" məlumat yayıb.
“Həmsöhbətlər İranın təhdidlərinə və regional təcavüzə qarşı mübarizədə ABŞ rəhbərliyinin əhəmiyyətini, həmçinin Qəzza zolağında İsrailin HƏMAS ilə davam edən müharibəsindəki vəziyyəti müzakirə ediblər", - məlumatda vurğulanıb.
Bundan əlavə, Qallant Ostinə Qəzza zolağının cənubunda davam edən əməliyyatın təfərrüatı, eləcə də girovların saxlanıldığı tunellər, silah anbarları, İranın birbaşa HƏMAS-a yardımı barədə məlumat verib.