20 Aprel 2025
Qallant: Elə etməsinlər ki, Beyrutu da...

Qallant: Elə etməsinlər ki, Beyrutu da...

Qallant: Elə etməsinlər ki, Beyrutu da...

08 Yanvar 2024 10:45 | Baxış sayı: 488

İsrail ordusu Livanda "Hizbullah" hərəkatına qarşı hərbi əməliyyat keçirməyə qadirdir.

AJMEDİA.İNFO xəbər verir ki, bunu İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qallant bildirib.

O deyib: "Onlar indi Qəzza zolağında nə baş verdiyini görürlər. Bilirlər ki, bunu Beyrutda təkrarlaya bilərik".

Qallant qeyd edib ki, "Hizbullah"a qarşı mübarizə İsrail ordusunun prioritetləri siyahısında deyil və İsrail tərəfi 80 min insanın bölgədəki evlərinə qayıtmasında daha çox maraqlıdır.