20 Aprel 2025
Qadınların kişilərdə seksual hesab etdiyi 5 xüsusiyyət

Qadınların kişilərdə seksual hesab etdiyi 5 xüsusiyyət

Qadınların kişilərdə seksual hesab etdiyi 5 xüsusiyyət

30 Yanvar 2024 14:14 | Baxış sayı: 633

Fərdlərin qadın-kişi münasibətlərində hansı xüsusiyyətlərə diqqət yetirdiyi və hansı xüsusiyyətlərdən təsirləndiyi maraq doğurur. Təbii ki, qadınların münasibət qurmaq üçün axtardıqları fiziki xüsusiyyətlər var. Ancaq qadınlar, ilk növbədə, dərinlik və məna axtarırlar. Başqa sözlə, qadınlar da qoxu və səs tonundan təsirlənə bilər.

Yenisabah.az qadınların kişilərdə seksual hesab etdiyi 5 xüsusiyyəti təqdim edir:

1. QOXU

Kişilərdən hər zaman xoş qoxunun gəlməyi vacibdir. Heç bir qadın tər iyi gələn kişi ilə yaxın olmaq istəməz. Üstəlik, həqiqətən gözəl qoxusu olan kişi istənilən qadının diqqətini çəkə bilər. Odur ki, bir qadını heyran etmək istəyirsinizsə, özünüzə uyğun və ona sizi xatırladan ətir seçməlisiniz.

2. SƏS TONU

Təsirli səsi olan kişilər çox yaraşıqlı olmasalar belə, bütün diqqətləri üzərinə çəkməyi və qadınları heyran etməyi bacarırlar.

3. DƏBLİ GEYİM

Effektiv duruş üçün zövqlü geyinmək çox vacibdir. Bu, dünyanın ən bahalı brendlərinin paltarlarını geyinmək demək deyil. Rəng harmoniyası, təmiz və ütülü paltar qadın üçün hər zaman önəmlidir.

4. AĞIL

Söhbət imtahanda topladığınız baldan getmir. Seksual olan tənqidi düşünmək bacarığı, öyrənmək aclığı və instinktiv olaraq həqiqətə çatmaqdır. İnsan nə qədər yaxşı olsa da, ağlı ilə heyran etmədikcə, qadınla arasında uyğunsuzluq olacaq.

5. CİNSİ GÜVƏN

Qarşı tərəfin nə istədiyini, nə etməli olduğunu onun baxışlarından, mimikasından, səsindən anlayan kişilər həmişə seksual olurlar. Əhəmiyyətli hiss etmək kişini cazibədar edən amillərdən biri, hətta birincisidir.