HƏMAS İsrailin Təl-Əviv şəhərinə raket ATDI
6 saat əvvəl“Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İB: Qadın sahibkarlarla görüş keçirilib - FOTO
13 Sentyabr 2024 08:51 | Baxış sayı: 451
“Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin üzvlərinə Sahibkarlığın İnkişafı Fondunun maliyyə mexanizmləri barədə ətraflı məlumat verilib.
AJMEDIA.İNFO xəbər verir ki, görüş çərçivəsində sahibkarlara SİF-in fəaliyyət istiqamətləri, o cümlədən maliyyə mexanizmləri ilə bağlı ətraflı məlumat verilib. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə layihə həyata keçirmək istəyən sahibkarlara zəmanət və subsidiya mexanizminə müraciət qaydası izah edilib. Həmçinin, sahibkarları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.
Tədbirdə çıxış edən Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri Namiq Zeynalov və “Magen David Women”nin direktoru və “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin İdarə Heyətinin sədri Aygün Əhmədova ölkəmizdə sahibkarlığın stimullaşdırılması məqsədilə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, sahibkar-dövlət, hökumət-biznes münasibətlərinin daha da inkişaf etdirilməsi, iqtisadiyyatın gücləndirilməsinə töhvə verəcək çoxsaylı proqramların icra olunması haqqında məlumat veriblər.