İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlQadını limuzində ZORLADI... - Dünya çempionunun BAŞI DƏRDDƏ + FOTO
25 Yanvar 2023 13:16 | Baxış sayı: 864
Boks üzrə ağır çəkidə sabiq mütləq dünya çempionu Mayk Taysona qarşı zorlama ittihamı irəli sürülüb.
AJMEDİA.İNFO Daily Mail-ə istinadən xəbər verir ki, 5 milyon dollarlıq iddiada yazılıb ki, hadisə 1990-cı illərin əvvəllərində ABŞ-nin Olbani şəhərində baş verib.
Qadın iddia edir ki, boksçu onu limuzində zorlayıb.
“Mayk Taysonun hərəkətləri fiziki, psixoloji və emosional travma almağıma səbəb olub”, - məhkəməyə təqdim edilən iddiada yazılıb.
Xatırladaq ki, Mayk Tayson artıq bir dəfə - 1992-ci ildə gözəllik müsabiqəsinin iştirakçısı olmuş qadını zorladığına görə azadlıqdan məhrum edilib.
Məhkəmə M.Taysona altı illik həbs cəzası versə də, sabiq boksçu üç ildən sonra azadlığa çıxa bilmişdi.