20 Aprel 2025
Qadın sürücünü bıçaqla... - Bakıda OLAY

Qadın sürücünü bıçaqla... - Bakıda OLAY

Qadın sürücünü bıçaqla... - Bakıda OLAY

28 Dekabr 2023 11:51 | Baxış sayı: 686

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən AJMEDİA.İNFO-ya verilən xəbərə görə, hadisə dekabrın 26-da Lökbatan qəsəbəsi ərazisində baş verib. “Khazar” markalı avtomobildə olan sərnişinin sürücünü kəsici alətlə hədələyərək pul tələb etməsi barədə polisə məlumat daxil olub.

Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlində şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.