SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlPutinin “sağ əli” məğlub olacaqlarını ETİRAF ETDİ – Priqojindən ŞOK AÇIQLAMA
17 Aprel 2023 08:43 | Baxış sayı: 486
“Ukraynanın əks-hücumu çox güman ki, Rusiyanın müdafiəsini darmadağın edəcək”.
AJMEDİA.İNFO “The Telegrahp”a istinadən bildirir ki, bunu “Vaqner”in rəhbəri Yevgeni Priqojin deyib. Nəşr qeyd edib ki, “Putinin aşbazı” ləqəbi ilə tanınan Priqojin ilk dəfədir ki, müharibənin perspektivləri ilə bağlı açıq danışıb və Ukraynanın gözlənilən böyük hücumundan narahatlığını dilə gətirib.
“Ukrayna ordusu əks-hücuma keçəcək və haradansa müdafiəni yarıb keçə biləcək”, deyə Priqojin vurğulayıb.
Xatırladaq ki, Ukrayna rəhbərliyi böyük əks-hücuma keçəcəklərini bəyan etsələr də, hara və nə zaman zərbə endirəcəklərini açıqlamayıblar:
Son fərziyyələrdə isə Dnepr çayı boyunca yerləşən işğal altındakı Melitopol şəhərinin adı hallanır. Rusiya qüvvələri Melitopol yaxınlığında kilometrlərlə xəndəklər qazıblar, lakin Priqojin müdafiə sisteminə çox az güvəndiyini bildirib.
“Rusiya üçün əks-hücum başlayandan sonra cəbhədəki vəziyyətin pisləşməsi riski var”, deyə o söyləyib”.
Nəşr qeyd edib ki, Priqojin Rusiya Müdafiə Nazirliyini və hərbi elitanı Ukraynanı məğlub edə bilməməkdə günahlandırıb.
“Onların diqqəti daha çox öz mövqelərinə, rahatlığına və kapitalına yönəlib”, deyə “Vaqner”in rəhbəri bildirib.
ABŞ-da yerləşən Müharibənin Tədqiqi İnstitutu isə qeyd edib ki, Priqojin bu fikirləri Rusiyanın hərbi məğlubiyyətindən faydalanmaq istədiyi üçün səsləndirib.(Sfera.az)