SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlPutinin partiyasının binası yandırıldı
26 Dekabr 2024 09:48 | Baxış sayı: 416
Rusiya prezidenti Vladimir Putinin təsis etdiyi Vahid Rusiya Partiyasına hücum edilib.
AJMEDIA.İNFO xəbər verir ki, Rusiya ordusu üçün ianə və yardımların toplandığı Arxangelskdə Vahid Rusiya Partiyasının binası 16 yaşlı şəxs tərəfindən yandırılıb.
Təhlükəsizlik kameralarına düşən görüntülərdə üzünü gizlədən şəxsin özü ilə gətirdiyi tez alışan materialla partiya binasına hücum etdiyi görülüb.
Hücumdan sonra partiya binası alovlanarkən yanğınsöndürənlər yanğını binaya keçmədən söndürüblər. Hücum gecə saatlarında həyata keçirildiyi üçün xəsarət alan olmayıb.
Rusiya İstintaq Komitəsinin verdiyi açıqlamada hücumu təşkil edən şəxsin müəyyən edilərək yaxalandığı bildirilir://Publika.az