SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlPutin yenidən prezident seçildi – 87 faiz…
17 Mart 2024 20:53 | Baxış sayı: 581
Rusiyada keçirilən prezident seçkilərində təşkil olunan “exit-poll” nəticələri açıqlanıb.
Modern.az xəbər verir ki, VTsIOM və FOM şirkətləri “exit-poll” keçirib.
Nəticələrə görə, namizədliyi özü tərəfindən irəli sürülən Vladimir Putin 87%-dən çox səs toplayıb.
Digər namizədlərdən Nikolay Xaritonov (Rusiya Federasiyası Kommunist Partiyası) – 4,6%, Leonid Slutski (LDPR) – 3,0%, Vladislav Davankov (Yeni insanlar) – 2,5% səs qazanıb.
Rusiya Mərkəzi Seçki Komissiyası bülletenlərin 24,4%-nin hesablanmasından sonra bildirib ki, Vladimir Putin 87,97% səslə qalibdir.
Bu nəticələrə əsasən Putin yenidən Rusiyanın prezidenti seçilib .