İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlPutin və Ərdoğan “Akkuyu” AES-ə yanacağın çatdırılması mərasimində iştirak edəcək
23 Aprel 2023 12:50 | Baxış sayı: 599
Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan Akkuyu atom elektrik stansiyasına (AES) yanacağın çatdırılması mərasimində videokonfrans vasitəsilə iştirak edəcəklər.
“Akkuyu” Atom Elektrik Stansiyasına (AES) nüvə yanacağının çatdırılması mərasimi gələn həftə baş tutacaq.
Yanacağın çatdırılmasından sonra bu obyekt nüvə obyekti statusunu alacaq.
Qeyd edək ki, AES İstanbulun 90 faizini enerji ilə təmin edə biləcək gücdədir. O, 60 il fəaliyyət göstərəcək. Bundan başqa, Türkiyənin ilk atom elektrik stansiyası olan "Akkuyu Atom Elektrik Stansiyası"nda (NGS) ilk nüvə reaktorunun bu il istifadəyə verilməsi ilə nüvə enerjsinin quraşdırılmış gücünün 2035-ci ilə qədər 7,2 gigavata çatacağı gözlənilir.