Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
Cümə axşamı 13:01Putin Papanın dəfninə gedəcək? - Peskov AÇIQLADI
22 Aprel 2025 17:28 | Baxış sayı: 371
“Rusiya Prezidenti Vladimir Putin Roma Papası Fransiskin dəfninə yollanmağı planlaşdırmır”.
AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiyadan Papanın dəfninə kimin gedəcəyi ilə bağlı hələ qərar verilməyib: “Qərar olduqda, bu barədə məlumat veriləcək”.
Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib. O, aprelin 26-da dəfn olunacaq.