SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlPutin ölüb? - Zelenskidən şok açıqlama: "Sağ olduğuna əmin deyiləm..."
19 Yanvar 2023 11:40 | Baxış sayı: 444
“Rusiya Prezidenti Putinin sağ olduğuna əmin deyiləm”.
AJMEDİA.İNFO “Ukraina seyças”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Davos Dünya İqtisadi Forumunda səhər yeməyi zamanı bildirib.
O qeyd edib ki, bu gün kiminlə danışacağını və nə danışacağını tam başa düşə bilmir:
“Bəzən axsayaraq görünən adamın Rusiya Prezidenti olduğuna əmin deyiləm. Mən onun sağlam olduğunu tam başa düşə bilmirəm. Qərarı o verir, yoxsa başqası. Bu insanın çevrəsində kimlər var? Bu barədə məndə heç bir məlumat yoxdur”.
Zelenski daha sonra deyib ki, sülh danışıqları sülh demək deyil, bunu həyata keçirmək lazımdır: "Rusiyanın hələ də Ukrayna ərazisindən çıxmasına şansı var. Heç əlaqəni qaytara biləcəyini demir. Ancaq onlar xalqının həyatını xilas edə bilər”. (report)