20 Aprel 2025
Putin növbəti dəfə İlham Əliyevə ZƏNG ETDİ

Putin növbəti dəfə İlham Əliyevə ZƏNG ETDİ

Putin növbəti dəfə İlham Əliyevə ZƏNG ETDİ

29 Dekabr 2024 16:43 | Baxış sayı: 345

Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

AJMEDİA.İNFO xəbər verir ki, bu haqda Kreml məlumat yayıb.

Bildirilib ki, tərəflər telefon danışığı zamanı AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlərin müzakirəsini davam etdiriblər.

“Bu gün Vladimir Putin və İlham Əliyev telefon danışığı zamanı “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı müxtəlif məsələlərin müzakirəsini davam etdiriblər”, - deyə Kremlin rəsmi sözçüsü Dmitri Peskov bildirib.

Xatırladaq ki, ötən gün də Rusiya Prezidenti İlham Əliyevə zəng etmişdi.