Bu ailələrə 300 manatdan çox müavinət veriləcək
42 dəqiqə əvvəlPutin danışıqlardan imtina edərsə, Tramp Rusiyaya qarşı daha sərt sanksiyalara icazə verəcək
22 Yanvar 2025 10:18 | Baxış sayı: 401
ABŞ prezidenti Donald Tramp Moskvanın Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlardan imtina edəcəyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağını “çox böyük ehtimal” adlandırıb.
AJMEDİA.İNFO xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
Onun sözlərinə görə, o, tezliklə Rusiya prezidenti Vladimir Putinlə danışmağı gözləyir və Rusiya tərəfi istədiyi zaman onunla “istənilən vaxt” görüşməyə hazırdır. Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin sülh istədiyini xatırladıb, lakin “tanqoya iki insanın lazım olduğunu” vurğulayıb. “Görəcəyik nə olacaq” deyən Tramp Putinin “ağıllı” olduğunu düşündüyünü bildirib.