SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlPutin Dağıstan-Azərbaycan-İran marşrutunun tikintisini sürətləndirməyə çağırıb
16 Mart 2023 16:53 | Baxış sayı: 469
"Azərbaycan ərazisindən keçməklə Dağıstandan İrana marşrut mümkün qədər tez tikilməlidir, ona həmişə tələbat olacaq, eləcə də İrandan Hindistana Şimal-Cənub nəqliyyat layihəsi".
Bunu Rusiya prezidenti Vladimir Putin martın 16-da Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) Moskvada keçirilən qurultayında deyib.
Putinin sözlərinə görə, bütün ölkələr hətta mürəkkəb “geosiyasi uyğunlaşmalar” və ziddiyyətlər şəraitində belə, Dağıstan-Azərbaycan-İran marşrutunu çəkməyə razıdırlar. /REGNUM