SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlPutin Bakıda BU MƏŞHURLA görüşməkdən İMTİNA ETDİ - İDDİA
20 Avqust 2024 12:01 | Baxış sayı: 584
“Rusiya Prezidenti Vladimir Putin Bakıda “Telegram”ın yaradıcısı Pavel Durovla görüşdən imtina edib”.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə informasiya “Baza” Teleqram kanalında yer alıb.
Mənbə qeyd edir ki, Putin və Durov eyni vaxtda Bakıda olublar. Rusiya lideri avqustun 18-19-da ölkə prezidenti İlham Əliyevlə danışıqlar aparmaq üçün Azərbaycana gəlib. Görüşdə Azərbaycan-Ermənistan nizamlanması da müzakirə olunub.
Məlumata görə, “Telegram”ın təsisçisi də eyni tarixlərdə Bakıda işgüzar səfərdə olub.
Teleqram kanalı iddia edir ki, səfərdən bir neçə gün əvvəl Putinə “Telegram”ın rəhbəri Pavel Durovla görüşmək təklif edilsə də, Rusiya prezidenti bundan imtina edib. İmtina səbəbləri haqda hər hansı məlumat verilməyib. (KONKRET.az)