SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlPutin azərbaycanlılardan qisas almayacaq - Dostundan AÇIQLAMA
13 Fevral 2025 12:44 | Baxış sayı: 397
Son günlərdə bəzi KİV-lərdə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana qarşı qisas tədbiri olaraq azərbaycanlılara məxsus bazarların bağlanması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
AJMEDİA.İNFO xəbər verir ki, məsələ ilə bağlı Azərbaycanlı xeyriyyəçi iş adamı, professor İlham Rəhimov musavat.com-a açıqlama verib.
Rəhimov bildirib ki, yayılan məlumatlar tamamilə əsassızdır və reallıqla uzlaşmır:
“Bu barədə yayılan xəbərlər, o cümlədən Qod Nisanova və mənə məxsus olan logistika və Ticarət Mərkəzlərində hər hansı yoxlamaların aparılması, yaxud qisas tədbirlərinin həyata keçirilməsi kökündən yanlış məlumatlardır. Bunu ya bilməyərəkdən, ya da bilərəkdən yayırlar.”
Qeyd edək ki, son günlərdə bəzi media orqanlarında, o cümlədən də Rusiyanın saytlarında Moskvanın Azərbaycanla münasibətlərdə gərginliyi artırdığı və bu çərçivədə azərbaycanlı iş adamlarına məxsus logistika və Ticarət Mərkəzlərinin fəaliyyətinə maneələr yaratdığı ilə bağlı məlumatlar yayılmışdı. Lakin professor İlham Rəhimovun açıqlaması bu iddiaların həqiqətə uyğun olmadığını ortaya çıxartdı.