19 Aprel 2025
Prezidentin vəzifə verdiyi rəis kimdir? - DOSYE

Prezidentin vəzifə verdiyi rəis kimdir? - DOSYE

Prezidentin vəzifə verdiyi rəis kimdir? - DOSYE

10 İyul 2023 11:34 | Baxış sayı: 611

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Mirsaleh Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.

AJMEDİA.İNFO-nun məlumatına görə, 47 yaşlı Mirsaleh Seyidov penitensiar sistemdə böyük iş təcrübəsi olan kadrlardandır.

O, 1998-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini beynəlxalq hüquq ixtisası üzrə bitirib.

Yeni vəzifəyə təyin olunanadək Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsini tutan ədliyyə polkovniki M.Seyidov daha əvvəl bir sıra cəzaçəkmə müəssisələrinə rəhbərlik edib. O, 10 və 15 saylı cəzaçəkmə müəssisələrinin rəisi vəzifələrində də çalışıb.

Həmçinin 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.